Azərbaycan boksçusu Nəbi İsgəndərov özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
 
Matc.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.
 
Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.
 
Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest