Qətərin paytaxtı Dohada cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
 
Azərbaycan yığması mundialda 9 çəki dərəcəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
 
çempionatın fərdi yarışları 7-13 mayda, komanda yarışları isə 14 mayda keçiriləcək.
 
Qadınlar
 
-48 kq
Leyla Əliyeva - Aksoltan Hajaqeldiyeva (Türkmənistan) / Raquel Brito (Portuqaliya) görüşünün qalibi
Könül Əliyeva - Qaliya Tınbayeva (Qazaxıstan)
 
-52 kq
Gültac Məmmədəliyeva - Sofia Fiora (Argentina) / Cenifer Eriyen (Haiti) görüşünün qalibi
Aydan Əliyeva - Erza Muminovyo (Kosova)
 
Kişilər
 
-60 kq
Balabəy Ağayev - Frac Duibi (Tunis)
Turan Bayramov - Yohan Rohas (Kolumbiya)
 
-66 kq
Orxan Səfərov - Ahmed Abdelrahman (Misir) / Daikli Bouba (Fransa) görüşünün qalibi
 
-73 kq
Hidayət Heydərov - Adil Osmanov (Moldova) / Martin Hojak (Sloveniya) görüşünün qalibi
 
-81 kq
Səid Mollayi - Aleks Barto (Slovakiya) / Fransua Qotyer Drapau (Kanada) görüşünün qalibi
 
-90 kq
Məmmədəli Mehdiyev - Kevin Budayin (Kamerun)
Murad Fətiyev - Aleks Kret (Rumıniya)
 
-100 kq
Zelim Kotsoyev - Aleksandar Kukolya (Serbiya) / Akobir Abubakri (Tacikistan) görüşünün qalibi
 
+100 kq
Uşanqi Kokauri - Kodi Andrevs (Yeni Zelandiya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest