Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.
 
Matc.az xəbər verir ki, yarışın ilk günündə oğlanların yarışında -60, 66 və -73 kq çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb.
 
-60 kq çəkidə Nizami İmranov qızıl medal qazanıb. -66 kq çəkidə yarışan Aydın Rzayev isə bürünc medal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest