ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.
 
Matc.az xəbər verir ki, 6-7 may tarixlərində  Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.
 
Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.
 
İkinci günün medalçılarını təqdim edirik:
 
Oğlanlar
 
-81 kq
Hüseyn Eyvazlı bürünc medal 
 
-90 kq
Tuncay Şamil bürünc medal 
 
+90 kq
Ramazan Əhmədov qızıl medal 
Rəsul Şəmədli bürünc medal 
Eldar Əliyev bürünc medal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest