Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanmışdılar.
 
Turnirin ikinci günündə isə -81 kq çəkidə ömər Rəcəbli gümüş medal qazanıb. +100 kq çəkidə yarışan Kənan Nəsibov isə qızıl medal əldə edib.
 
Beləliklə, cüdoçularımız turnirdə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest