Heydərov yarışa 1/16 final mərhələsindən başlayacaq. İdmançımızın rəqibi 1/32 finalda üz-üzə gələcək Adil Osmanov (Moldova) - Martin Hojak (Sloveniya) görüşünü qalibi olacaq.

Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.
 
73 kq çəki dərəcəsində Hidayət Heydərov çıxış edəcək. İkiqat Avropa çempionu olan 26 yaşlı idmançı üç dəfə də dünya çempionatının bürünc mükafatına yiyələnib. O, ilk dəfə planetin ən yaxşısı olmaq iddiasındadı.
 
Heydərov yarışa 1/16 final mərhələsindən başlayacaq. İdmançımızın rəqibi 1/32 finalda üz-üzə gələcək Adil Osmanov (Moldova) - Martin Hojak (Sloveniya) görüşünü qalibi olacaq.
 
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) uğursuz çıxış edib. Mundiala mayın 14-də yekun vurulacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest