10 May 2023, 13:45
DÖYÜŞ NÖVLƏRİ
Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisinin daha bir üzvü üçün uğursuzluqla yekunlaşıb. Matc.az saytı xəbər verir ki, Səid Mollayi də komanda yoldaşları kimi, medalsız qalıb.
31 yaşlı milliləşən idmançı mübarizəyə qoşulduğu 1/16 finaldaca məğlub olub. O, 81 kq çəki dərəcəsində Kanada təmsilçisi Fransua Qotyer Drapauya uduzaraq yarışla vidalaşıb.
Mollayiyə qədər millimizin digər cüdoçuları Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) da turnirdə medal qazana bilməyib.
Qeyd edək ki, dünya çempionatı mayın 14-də yekunlaşacaq.