10 May 2023, 15:40
DÖYÜŞ NÖVLƏRİ
Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıqlar üçün Şamaxıya yollanıb. Matc.az xəbər verir ki, baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma rayonun Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir.
Hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.
Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək mundialda böyük ümidlər bəsləndiyini bildiriblər.
Xatırladaq ki, Azərbaycanı doğma meydanda baş tutacaq bu dünya çempionatında 13 idmançı təmsil edəcək. Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) mübarizə aparacaq. Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərruh Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi təmsil edəcək.