Avrokuboklarda final oyunlarının hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, çempionlar Liqası (çL), Avropa Liqası (AL) və Konfrans Liqasının (KL) hakimləri açıqlanıb.
 
"Mançester Siti" ilə "İnter" arasında Türkiyədə baş tutacaq çL finalını polşalı Şimon Marçinyak idarə edəcək. "Sevilya" və "Roma"nın üz-üzə gələcəyi AL-in Budapeştdəki həlledici qarşılaşması ingiltərəli Entoni Teylora həvalə olunub.
 
KL-in finalı isə ispaniyalı Karlos Del Serro Qrandeyə tapşırılıb. O, Praqada "Fiorentina" –"Vest Hem" matçında iş başında olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 31-də, Konfrans Liqasının həlledici görüşü iyunun 7-də keçiriləcək. çempionlar Liqasının qalibi isə iyunun 10-da bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest