Əvvəlcə iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) xalça üzərinə çıxacaq. Onlara baş məşqçi Semyon Çterev rəhbərlik edəcək.

Azərbaycanın güləş millisi Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turnirində çıxış edəcək. Matc.az xəbər verir ki, yarış iyunun 1-dən 4-dək "Bişkek Arena"da təşkil olunacaq.
 
Adıçəkilən turnirdə qadın və sərbəst güləşçilərimiz qüvvələrini sınayacaqlar.
 
Əvvəlcə iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) xalça üzərinə çıxacaq. Onlara baş məşqçi Semyon çterev rəhbərlik edəcək.
 
Ardından sərbəst güləşçilər mübarizə aparacaqlar. Əvvəlcə iyunun 3-də Maqomedxan Maqomedov (97 kq) yarışacaq. Bir gün sonra baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında daha 8 güləşçi mübarizəyə qoşulacaq. Bunlar Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedovdu (92 kq).
 
Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Saat 16:00-da isə medallar uğrunda yarışlar start götürəcək.
 
Qeyd edək ki, 1-ci kateqoriyalı hakim Elman İsmayılov Qırğızıstanda ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest