AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Səbail"in hücumçusu Qoba Zakpanın cəzası açıqlanıb. Matc.az xəbər verir ki, komitə Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la qarşılaşmada qeyri-etik hərəkətə yol verən portuqaliyaya sərt cəza kəsib.

Belə ki, 31 yaşlı oyunçu 3 matçlıq diskvalifikasiya edilib. Onun bu davranışına görə, klubu da 1600 manat məbləğində cəzalandırılıb.
 
Bu isə o deməkdi ki, Zakpa cari mövsümün son turunda meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, "Turan Tovuz" – "Səbail" matçı 2:2 hesabı ilə başa çatıb. Qarşılaşmanın son saniyələrində bərabərlik topunu vuran Zakpa qeyri-etik əl hərəkəti ilə diqqət çəkmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest