İtaliyanın "Roma" klubu Sankt-Peterburq "Zenit"inin yarımmüdafiəçisi Vendeli transfer etmək istəyir. Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, Vendel ötən il Rusiyanı tərk etməyə hazır idi. Hazırda isə onun "Roma"ya mümkün keçidi transferin məbləğinə görə çətinləşir. "Zenit" rəhbərliyinin yarımmüdafiəçi üçün təxminən 20 milyon avro tələb edəcəyi gözlənilir.

25 yaşlı Vendel 2020-ci ildə Lissabonun "Sportinq" klubundan "Zenit"ə keçib. O vaxt Sankt-Peterburq təmsilçisi yarımmüdafiəçi üçün 20,3 milyon avro ödəmişdi. 

Qeyd edək ki, Vendelin Rusiya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, cari mövsümdə 33 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest