Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gəliblər.
 
Rəqibini 93:90 hesabı ilə məğlub edən bölgə təmsilçisi ümumi hesabı bərabərləşdirib - 2:2.
 
Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da gerçəkləşəcək.
 
Daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest