"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne 2022-23 mövsümündə Premyer Liqanın ən yaxşı assistentidi. Matc.az xəbər verir ki, belçikalı tarixdə dörd fərqli mövsümdə Premyer Liqada ən çox qol pası verən ilk oyunçudu.
 
31 yaşlı pleymeyker bundan əvvəl 2016-17 (18 məhsuldar ötürmə), 2017-18 (16) və 2019-20 (20) mövsümlərində ən yaxşı assistent adını qazanıb.
 
Kevin de Bruyne bu mövsüm Premyer Liqada 32 oyuna çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə verib. çempionlar Liqasında belçikalının aktivində 2 qol, 6 assist var.
 
Qeyd edək ki, "Mançester Siti" çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Görüş iyunun 10-da İstanbulda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest