"Fənərbaxça"da heyətin təmizlənməsi prosesinə start verilib.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.
Bildirilir ki, Meyson Qrinvudun transferindən sonra heyətindəki legioner sayı 17-yə yüksələn İstanbul təmsilçisi əcnəbi oyunçu limitinə uyğunlaşmaq üçün ən azı 7 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Klub rəhbərliyi göndəriləcək oyunçular müəyyənləşdikdən sonra transfer çalışmalarına yenidən sürət verəcək.
Hazırda komandadan gedişi gündəmdə olan futbolçular arasında qapıçı Dominik Livakoviç, müdafiəçilər Rodriqo Bekao, Dieqo Karlos, Nelson Semedo, Ceyden Osterovolde, yarımmüdafiəçilər Sofyan Amrabat, Fred, Nqolo Kante, Anderson Taliska və gənc oyunçular Oqnyen Mimoviç, Amara Diuf, Ömər Fayed, Abdu Əziz Fall ilə Antoni Musaba yer alır.
Qeyd edək ki, transfer siyahısında adı keçən bəzi ulduz futbolçular üçün rəhbərlik yalnız cəlbedici və yüksək məbləğli rəsmi təkliflər gələcəyi təqdirdə gedişə icazə verməyi nəzərdən keçirir.


.jpg_1784300000.jpg)










