Türkiyədə peşəkar liqalarda fəaliyyət göstərən bəzi klub rəsmilərinə qarşı əməliyyat keçirilib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb.
Bildirilir ki, aparılan araşdırmalar çərçivəsində qanunsuz mərc oyunlarında iştirakı təsbit edilən 19 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib.
İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyatda qanunsuz mərc oyunları, idmanda zorakılıq və danışılmış oyunlar ilə bağlı əhəmiyyətli faktlar aşkarlanıb.
Maliyyə Cinayətlərini Araşdırma Komitəsi (MASAK) analizləri və 2020-2026-cı illərə aid mərc platformalarının məlumatları əsasında Türkiyə Futbol Federasiyasına bağlı peşəkar liqalarda fəaliyyət göstərən rəhbər şəxslərin şübhəli hərəkətləri müəyyən edilib.
İstanbul mərkəzli eyni vaxtda keçirilən əməliyyat nəticəsində "Adana Dəmirspor"dan Ali Sancaq və Savaş Tatil, "Altay"dan Həsən Turan Güvən, "Altınordu"dan Barış Orhunbilgə, "Balıkesirspor"dan Kamal Aydın, "Bandırmaspor"dan Ünsal Yamaner, "Beşiktaş"dan Tolqa Qırğız, Kerem Gürel və Əhməd Ağçelik, "Bodrumspor"dan Hüseyn Gözütok, "Boluspor"dan Murad Şabablı, Ali Şen, Xəlil İbrahim Yavaş və Ali Gürsoy, "Ərzurumspor"dan Avni Ağdəmir, "Qalatasaray"dan Maruf Günəş, "Gənclərbirliyi"ndən Özgür Durşen və Sezgin Özkan, "Karaman" klubundan isə Ömər Çətin nəzarətə alınıb.
Nazir təmiz futbolun bərqərar olması və idmanın etibarlılığının qorunması üçün məhkəmə prosesinin ciddi şəkildə davam etdiriləcəyini vurğulayıb.













