Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında "Gümüş Avropa Liqası"nın qarşılaşmasına təyinat alıb.
 
Matc.az xəbər verir ki, İsmayılova B qrupunda mübarizə aparan Gürcüstan və Avstriya yığmaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Gürcüstanda baş tutacaq.
 
CEV-in bu matç üçün təyinatına əsasən İsmayılova görüşün hakimləri moldovalı Andrey Taran və gürcüstanlı Mixail Guniavanın işinə qiymət verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest