Premyer Liqa təmsilçisi "Sumqayıt"da ilk ayrılıq baş tutub. Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi məşqçi korpusunda dəyişikliyə əl atıb.
"Kimyaçılar" qapıçılar üzrə məşqçi Emil Babayevlə yollarını ayırıb. Müqaviləsi başa çatan 42 yaşlı mütəxəssislə yeni sözləşmə imzalanmaması qərara alınıb.
 
Qeyd edək ki, "Sumqayıt" geridə qalan mövsümü 7-ci pillədə başa vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest