"Sevilya"nın yarımmüdafiəçisi Erik Lamela Avropa Liqasının finalında "Roma" üzərində qələbə qazandıqdan sonra emosiyalarını bölüşüb. Matc.az xəbər verir ki, futbolçu inanılmaz hisslər keçirdiyini söyləyib.
 
"Daha çox xəyal edə bilməzdim. İnanılmaz hisslərdir. çox xoşbəxt olacağıq. çətin oyun idi. "Roma" yaxşı müdafiə olundu, meydanda sərbəst zona tapmaq və kəskin an yaratmaq çətin idi" – deyə, Lamela bildirib. 
 
Qeyd edək ki, "Sevilya" finalda "Roma"nı məğlub edərək, 7-ci dəfə Avropa Liqasının qalibi olub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest