Madird "Real"ının yarımmüdafiəçisi Marko Asensio karyerasını Fransanın PSJ klubunda davam etdirəcək. Matc.az "AS" saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun yaxın günlərdə Paris təmsilçisinə keçidini yekunlaşacaq. Futbolçu yeni komandası ilə 4-5 il müddətinə müqavilə imzalayacaq.
 
Daha əvvəl Asensionun xidmətində "çelsi", "Liverpul" və "Aston Villa"nın maraqlı olduğu bildirilirdi.
 
Qeyd olunur ki, "Real" Asensioya komandada qalmağı təklif edib və onunla müqaviləni uzatmaq istəyib. Lakin futbolçu Madriddə əvəzedici olmaqdan razı deyil. 
 
Marko 2022/2023 mövsümündə La Liqada 30 matçda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest