01 İyun 2023, 18:03
FUTBOL
Növbəti mövsümə iddialı başlamaq istəyən "Səbail" heyətində təmizləmə işlərini davam etdirir. Matc.az saytının məlumatına görə, qəsəbə təmsilçisi daha iki legionerlə yollarını ayırıb.
Bakı klubu bu dəfə ukraynalılarla vidalaşıb. Söhbət müdafiəçi Petro Stasyuk və yarımmüdafiəçi Maksim çexdən gedir. Hər iki əcnəbinin başa çatan müqaviləsinin yenilənməməsi qərara alınıb.
Bununla "Səbail"dən ayrılan legioner sayı 5-ə yüksəlib. Rəhbərlik daha əvvəl Qoba Zakpa, Qustavo de Fransa və Luvaqa Kizito ilə sağollaşıb.