"Səudiyyə Ərəbistanına gəlmək və yerli mədəniyyətlə tanış olmaq çox maraqlı idi". Matc.az xəbər verir ki, bunu portuqaliyalı futbolçu Kriştiano Ronaldo deyib. 
 
"Əl Nəsr" klubunda ilk mövsümünü başa vuran 38 yaşlı hücumçu Ər-Riyad şəhərinin gecə həyatını tərifləyib: 
 
"Səudiyyəlilərin canlı gecə həyatı var. Bunu əyləncəli və maraqlı hesab edirəm. Gecələr şəhər gözəldir. Əgər yemək həvəskarısınızsa, Ər-Riyad keyfiyyətli restoranlar baxımından ən yaxşı yerlərdən biridir. Ən böyük təəssüratlar "Boulevard World" ə (dünyanın müxtəlif yerlərinin nüsxələri olan əyləncə kompleksi) baş çəkməyim idi. Uşaqlar üçün çox yaxşı məktəblər, ölkənin hər yerində çoxlu yeni binalar var. Mən yeni bir şey kəşf etməyi xoşlayıram, ona görə də buradayam".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest