İyunun 4-də AFFA Region Liqasında 2022-23 mövsümünün final oyunu keçiriləcək. Matc.az xəbər verir ki, görüşü idarə edəcək hakim də bəllidi.
 
Tovuz şəhər stadionunda "çinar-Zəngilan"la "Qusar" arasındakı həlledici qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bu oyunda VAR sistemindən də istifadə olunacaq.
 
Bu, cari mövsüm Region Liqasında ilkdi. VAR hakimi isə Rəşad Əhmədov olacaq.
 
Qeyd edək ki, final matçı saat 16:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest