Gəncəlilərlə başa çatan müqaviləsini yeniləməyən Nəbiyev sosial şəbəkə vasitəsilə ayrıldığını açıqlayıb. O, tezliklə yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Yeni mövsümə iddialı başlamaq istəyən "Səbail" heyətində dəyişiklikləri davam etdirir. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi daha bir yerli oyunçu ilə anlaşıb.
 
Qəsəbə klubu "Kəpəz"in müdafiəçisi Yusif Nəbiyevlə danışıqları müsbət yekunlaşdırıb. 26 yaşlı cinah oyunçusu karyerasını "Səbail"də davam etdirməyə razılıq verib. Gəncəlilərlə başa çatan müqaviləsini yeniləməyən Nəbiyev sosial şəbəkə vasitəsilə ayrıldığını açıqlayıb. O, tezliklə yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.
 
Qeyd edək ki, Yusif Nəbiyev "Kəpəz"ə ötən ilin yayında "Sumqayıt"dan keçmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest