"Qarabağ"dan ayrılan Filip Ozobiç hələ də yeni klubunu seçməyib. Matc.az saytının əldə etdiyi məlumatına görə, Azərbaycan millisinin üzvü Misli Premyer Liqasının 3 komandasının maraq dairəsindədi.

"Zirə" və "Neftçi" ilə mübarizəyə son olaraq "Sabah" da qoşulub. Hər üç klub 32 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Xorvatiyalı pleymeyker hələlik qərar verməyə tələsmir.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən bu yaya qədər "Qarabağ"da oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest