Tanınmış sabiq futbolçu, hazırda isə məşqçi kimi fəaliyyət göstərən Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub. Tərəflər artıq uzunmüddətli müqavilə imzalayıblar.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilir ki, şifahi razılıq hələ noyabr ayında əldə olunub, indi isə tərəflər bunu hüquqi müstəvidə rəsmiləşdiriblər. Payızdan bəri bəzi futbol klubları Zidana maraq göstərsələr də, o, Fransa yığmasına rəhbərlik etmək seçiminə sadiq qalıb.

Qqeyd edək ki, Zidan 2021-ci ildən bəri məşqçilik fəaliyyəti ilə məşğul olmurdu. O, əvvəllər iki dəfə – 2016-2018-ci illərdə və 2019-cu ildən 2021-ci ilə qədər "Real"a rəhbərlik edib. Onun işlədiyi müddətdə Madrid klubu 3 UEFA Çempionlar Liqası titulu da daxil olmaqla 11 kubok qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest