"Napoli"nin və İtaliya millisinin mərkəz müdafiəçisi Alessandro Buondjorno dizindən aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bir neçə gün əvvəl komandanın məşqində meniskini zədələyən 27 yaşlı futbolçunun əməliyyat olunacağı gözlənilir. Həkimlər müdafiəçinin dizindən cərrahiyyə əməliyyatına ehtiyacı olduğu qənaətinə gəliblər və onun bərpa müddəti 2-3 ay çəkəcək.
Alessandro Buondjorno ötən mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 42 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliya yığmasında 12 oyunda meydana çıxan 27 yaşlı oyunçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir və onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.













