21 İyul 2026, 19:27
FUTBOL
"Turan Tovuz" Futbol Akademiyası gənc istedadların axtarışına start verib.
"Turan Tovuz" Futbol Akademiyası gənc istedadların axtarışına start verib. Bölgə təmsilçisi uşaq və yeniyetmə futbolçuların akademiyaya qəbulu üçün növbəti seçimlərin vaxtını müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, proses iyulun 21-dən 24-nə qədər müxtəlif yaş qrupları üzrə davam edəcək. İyulun 21-22-də 2013, 2014, 2015 və 2016-cı il, iyulun 23-24-də isə 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü yeniyetmələr bacarıqlarını nümayiş etdirə bilərlər.
Seçim mərhələsini uğurla tamamlayan gənc oyunçular "Turan Tovuz" akademiyasının heyətinə cəlb olunacaqlar.













