FİFA statistik məlumatlar əsasında dünya çempionatının ən yaxşı futbolçularını müəyyənləşdirib. Turnirdəki bütün futbolçular hücum, yaradıcılıq və müdafiə hərəkətləri olmaqla üç kateqoriyada 0-dan 10-dək balla qiymətləndiriliblər.

Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İspaniya millisinin yarımmüdafiəçisi Rodri 8,23 xalla müdafiə reytinqində birinci yeri tutub. Diqqətçəkən məqam odur ki, Rodri turnirin ən yaxşı oyunçusu seçilərək "Qızıl top" mükafatını qazanıb. Futbolçu dünya çempionatında bütün səkkiz qarşılaşmada meydanda olub.

İlk "üçlük"də həmçinin İspaniya yığmasının iki müdafiəçisi – Pau Kubarsi (7,6) və Pedro Porro (7,59) yer alıblar.

Qeyd edık ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilib. Turnirin formatının dəyişməsi səbəbindən final mərhələsində tarixdə ilk dəfə 48 komanda mübarizə aparıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest