UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Sabah" bu gün növbəti avrokubok sınağına çıxacaq.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsində Finlandiyanın "KuPS" kollektivini qəbul edəcək.
Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçın baş hakimi Lukaş Kujma olacaq.
Qeyd edək ki, bu cütün cavab matçı iyulun 28-də Finlandiyanın Kuopio şəhərindəki "Väre Areena" stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
21 iyul
20:00. "Sabah" – "KuPS"
Baş hakim: Lukaş Kujma
Baş hakimin köməkçiləri: Pavel Sokolnitski, Tomaş Listkeviç
Dördüncü hakim: Tomaş Musial
VAR: Pavel Malets
AVAR: Yatsek Pshibılski
Dəstək VAR hakimi: Alper Ulusoy
"Bank Respublika Arena" stadionu (Masazır)













