"Sumqayıt"da daha iki futbolçusu ilə vidalaşıb. Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yenə də yerli futbolçularla yollarını ayırıb.

Belə ki, yarımmüdafiəçilər Rüfət Abdullazadə və Süleyman Əhmədovla anlaşma yenilənməyib.  Artıq Əhmədovun yeni komandası da bəllidir. O, bundan sonra "Səbail"in formasını geyinəcək.

Qeyd edək ki, buna qədər "Sumqayıt"ın qapıçısı Aydın Bayramov "Turan Tovuz"la anlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest