MLS-in "İnter Mayami" klubuna keçən qərar verən argentinalı hücumçu Lionel Messi ailəsinin Barselonadan Parisə, daha sonra Parisdən ABŞ-a köçmək qərarını necə qəbul etməsi sualını cavablandırıb. Matc.az xəbər verir ki, ailəsi onun yenidən İspaniyaya qayıdacağını gözləyirmiş:  
 
"Ailəm imkan düşdükcə Kataloniyaya gedirdilər. Amma reallıq ondan ibarətdir ki, biz başımıza nə gələcəyini bilmirik. Ailə həqiqətən də Barselonaya qayıtmağı səbirsizliklə gözləyirdi. Ayrılmaq çox çətin idi, biz heç vaxt Barselonadan ayrılmaq istəmədik. Amma ailə seçimimi qəbul etdi və PSJ-yə keçidimdə mənə dəstək oldu. Bu, təkcə mənim deyil, bizim ümumi qərarımızdır".
 
Messinin sözlərinə görə, övladları üçün Parisdə çətin idi: "Amma indi uyğunlaşdılar. Məktəbdə dostları var, onlarla vidalaşmaq uşaqları incidir. İlk növbədə, Tiaqo. O, vəziyyəti anlayır və getdiyimiz üçün sevinir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest