Növbəti mövsüm Konfrans Liqasında Azərbaycanı təmsil edəcək "Sabah", "Neftçi" və "Qəbələ"nin növbəti potensial rəqibi bilinib. Matc.az saytının məlumatına görə, Bolqarıstan çempionatında son turun görüşlərinin ardından turnirə vəsiqə qazanan komandalar müəyyənləşib.

Sofiyanın iki komandası MOİK və MOİK-1948 yüksək liqada müvafiq olaraq 2-3-cü yerləri tutmaqla buna nail olublar. Hər iki klub Konfrans Liqasına II təsnifat mərhələsindən qoşulacaq. Bu isə o deməkdi ki, onlar Azərbaycan klublarına rəqib ola bilərlər.

Püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşacaq MOİK "Sabah"la "Qəbələ"nin potensial rəqibləri sırasına qoşulub. MOİK-1948 isə nisbətən zəiflərin arasında olacaq və "Neftçi"nin mümkün rəqibi olacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi

Səpələnmişlər: "Brügge" (Belçika), "Bazel" (İsveçrə), "Gent" (Belçika), "Fənərbağça" (Türkiyə), çFR (Rumıniya), PAOK (Yunanıstan), "Makkabi (Təl-Əviv, İsrail), "Viktoriya" (çexiya), "Budo-Qlimt" (Norveç), "Lex" (Polşa), "Hapoel" (Beer-Şeva, İsrail), "Yurqarden" (İsveç), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), MOİK (Sofiya, Bolqarıstan), "Riyeka" (Xorvatiya), "Gimaraeş" (Portuqaliya), "Styaua" (Rumıniya), "Legiya" (Polşa), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), "Omoniya" (Kipr), "KuPS" (Finlandiya), "Neftçi" (Azərbaycan), "Osiyek" (Xorvatiya), "Hibernian" (Şotlandiya), "Aris" (Saloniki, Yunanıstan)

Səpələnməmişlər: "Petrokub" (Moldova), "Drita" (Kosovo), "Voyvodina" (Serbiya), "Lütsern" (İsveçrə), "Vorskla" (Ukrayna), "Bohemians" (çexiya), "Orxus" (Danimarka), "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno" (Litva), "Poqon" (Polşa), "Zalaeqerseq" (Macarıstan), "Keçkemet" (Macarıstan), "Debretsen" (Macarıstan), "Sepsi" (Rumıniya), "Qəbələ" (Azərbaycan), "Boraç" (Bosniya və Herseqovina), MOİK-1948 (Sofiya, Bolqarıstan), "Sabah" (Azərbaycan), "Ordabasi" (Qazaxıstan), "Aktobe" (Qazaxıstan), "çelye" (Sloveniya), "Auda" (Latviya), "Differdanj" (Lüksemburq), "Torpedo BelAZ" (Belarus)

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest