08 İyun 2023, 09:11
FUTBOL
"Ludoqorets" ardıcıl 12-ci dəfə Bolqarıstan çempionatının qalibi olub. Matc.az xəbər verir ki, yüksək liqanın son turunda "çerno More"ni səfərdə 1:0 hesabı ilə məğlub edən Razqrad təmsilçisi hazırda dünyanın ən uzun çempionluq seriyasına sahibdir.
İndi dünya rekordu üçün daha 3 çempionluq lazımdı. Hazırda rekord Vanuatuda ardıcıl 15 mövsüm qızıl medalları qazanan "Tafea" klubuna məxsusdur. Adıçəkilən komanda 1994-2009-cu illər aralığında çempionluğu heç kimə verməyib.
"Ludoqorets"in ümumilikdə 12 ölkə çempionluğu var. Bu, MOİK (31) və "Levski"dən (26) sonra ölkədə üçüncü nəticədir.