"Futbolçular başqa komandalara gedirlər, nə etmək olar? Peşəkar futbolçulardır, nə isə deyə bilmərik". Bunu matc.az saytına "Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

Gəncə təmsilçisi Əhmədovun gəlişindən sonra daha yaxşı oyun göstərməyə başladı. Komanda təhlükəli zonadan uzaqlaşmaqla yanaşı, Misli Premyer Liqasında yerini qorumağı bacardı.

"Kəpəz"in növbəti mövsüm daha iddialı olacağı gözlənilsə də, artıq komandanı səkkiz futbolçu tərk edib. Əhmədovun fikrincə, buna görə narahat deyil:

"Biz futbolçulara "qal" və ya "get" deyə bilmərik. Allahın köməkliyi ilə yenə güclü komanda quracağıq. Heç bir narahatçılıq yoxdur. Gedən futbolçularla müqavilənin müddəti başa çatmışdı. "Kəpəz"də bəzi məsələlər açıq qalıb. Dövlətin ayırdığı büdcə ayrı, amma yeni transferlər üçün sponsor axtarılır. Bundan sonra normal transferlər edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest