Azərbaycan çempionu "Qarabağ"ın çempionlar Liqasının 2023-24 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil qərargahında baş tutan püşkatma mərasimində Azərbaycan çempionu turnirdəki ilk rəqibini tanıyıb.
 
Püşkün nəticəsinə görə, Qurban Qurbanovun yetirmələrinin yeni mövsümdə ilk rəsmi sınağı "Linkoln"a qarşı olacaq. Ağdamlılar Cəbəllütariq təmsilçisi ilə ilk görüşünü səfərdə keçirəcək.
 
Qeyd edək ki, çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri 18-19-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest