Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşadək basketbolçular arasında  təşkil olunan Avropa çempionatının oyunları start götürüb. Matc.az xəbər verir ki, Azərbaycan yığması ilk görüşündə biabırçı çıxışla yadda qalıb.

B Divizionunun C qrupunda yer alan komandamız İsveçlə qarşılaşıb və  50:102 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupda Kosovo, Ukrayna və Gürcüstan seçmələri də mübarizə aparır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest