Sabah UEFA çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" ilk oyununa Cəbəllütariqdə çıxacaq. Qurban Qurbanovun komandası yerli "Linkoln"la qarşılaşacaq. 
 
Start firi Bakı vaxtı ilə saat 19:30 veriləcək görüşü latviyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Vitalijs Spasjonnikovun yan xətdə köməkçiləri Raymonds Tatriks və Arturs Sakurovs olacaq. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək. 
Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
"Linkoln"la duelin favoriti olan "Qarabağ" mərhələ keçəcəyi təqdirdə, "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk görüşü yenə səfərdə olacaq.
 
çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul
 
"Linkoln" (Cəbəllütariq) – "Qarabağ" (Azərbaycan)
"Viktoriya" stadionu. Baş hakim:  Vitalijs Spasjonnikov
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest