Azərbaycan cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medala sahib çıxıb.

Matc.az xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançı üçüncü yer uğrunda dueldə serbiyalı Boqdan Veliçkoviçi məğlub edib.

Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest