26 Avqust 2023, 22:10
DİGƏR
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu olub.
Matc.az xəbər verir ki, 58 kq çəkidə çıxış edən idmançı finalda niderlandlı Amyen Açnin ilə qarşılaşıb. Qaşım rəqibinə aman verməyərək onu məğlub edib və qızıl medala sahib çıxıb.
Qeyd edək ki, 3 gün davam edən 2 Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.