Milli komandamızın oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan iki həftəlik fasilə başa çatıb. Matc.az saytı xəbər verir ki, bu gün VI tura start verilib.

Turun açılış oyunu Zirədə baş tutub. Turnir cədvəlinə başçılıq edən "Zirə" öz meydanında "Sumqayıt"la qarşılaşıb.

Meydan sahibləri 10-cu dəqiqədə azlıqda qalmasına baxmayaraq, ilk yarının sonlarında vurduğu qolla hesabda önə çıxıblar. Bu, qol matçın taleyini həll edib.  5-ci qələbəsini qazanan "Zirə" birinci pillədəki mövqeyini möhkəmlədib.

Misli Premyer Liqası, 
VI tur
15 sentyabr
 
"Zirə" – "Sumqayıt"  - 1:0
Qol: Məqsəd İsayev, 45+1
Qırmızı vərəqə: Pyer Zebli
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
 
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 12. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 10. Kamran Aliev, 18. Kristian Velinovski, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest