İspaniya La Liqasının V turu "Real" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, "kral klubu"nun "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub etdyi görüş baş məşqçi Karlo Ançelottinin madridlilərlə 173-cü qələbə olub.
 
Bununla o, sabiq çalışdırıcı Zinəddin Zidanı geridə qoyub və qələbə sayına görə klub tarixində ikinci yerə yüksəlib. Rekord 357 qələbə qazanan Migel Munyosa məxsusdu.
 
Ançelotti La Liqada 112, çempionlar Liqasında 36, Kral Kubokunda 17, Klublararası Dünya çempionatında 4, Avropa Superkubokunda 2 və İspaniya Superkubokunda 2 qələbə ilə yadda qalıb.
 
"Real" 64 yaşlı çalışdırıcı ilə 10 titul qazanıb - 2 çempionlar Liqası, 2 Klublararası Dünya çempionatı, 2 Avropa Superkuboku, 2 İspaniya Kuboku, 1 La Liqa və 1 İspaniya Superkuboku.
 
Qeyd edək ki, Karlo Ançelotti mövsümün sonunda "Real"ı tərk edərək, Braziliya yığmasının sükanı arxasına keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest