23 Sentyabr 2023, 22:18
FUTBOL
Bundesliqanın 5-ci turunun matçında "Bavariya" doğma meydanda "Bohum"u 7:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Münhen klubunun hücumçusu Harri Keyn 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, ingilis Bundesliqadakı ilk beş matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Keyn Bundesliqa tarixində turnirdəki ilk beş matçında 10 qol vuran ilk oyunçudur.
Qeyd edək ki, futbolçu 2023-cü ilin yayında 100 milyon avroya "Tottenhem"dən "Bavariya"ya gəlib.