Misli Premyer Liqasında 7-ci tur davam edir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. 
 
ötən mövsümün gümüş mükafatçısı "Sabah" öz meydanında "Kəpəz"i qəbul edib. Gəncə təmsilçisi görüşə daha fəal başlayıb. Matçda ilk qolu da qonaqlar vurub. Lakin üstünlüyü yavaş-yavaş ələ alan ev sahibi komandası çox keçmədən hesabı bərabərləşdirib. üstünlüyünü davam etdirən "tələbələr" hesabda önə də keçə bilib. Lakin onların sevinci çox çəkməyib. "Kəpəz" çox keçmədən bərabərlik qolunu vurub. Komandalar meydandan 1 xalla ayrılıb. 
 
Debütant  "Araz-Naxçıvan" isə "Səbail"in qonağı olub. Ev sahibi komandası görüşdən qalib ayrılmağı bacarıb. Oyunun taleyini bir qol həll edib.
 
Qeyd edək ki, daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.
 
 
24 sentyabr (bazar)
 
17:00. "Sabah" – "Kəpəz" 2:2
Qollar: Con İrasabal, 24; Boyan Letiç, 51Abdullahi Şuaybu, 8; Georgi Papunaşvili, 60
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov
"Bank Respublika Arena"
 
"Sabah": 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vinsent Til
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov, 70. Cesse Sekidika, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev
 
"Kəpəz": 12. Kamran İbrahimov, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov
 

19:30. "Səbail" – "Araz-Naxçıvan" 1:0

Qol: Pedro Nuno, 45+2(pen)

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
"ASCO Arena"
 
"Səbail": 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
 

 Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38 . Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 23. Nuno Rodriqes

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest