"Sabah" qapıçıları - Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
Hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.
 
Yusif "Sabah" Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022-ci il mövsümündən "Sabah"ın əsas komandasına cəlb olunur. O, əsas komandamızda ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür.
 
Rüstəm isə 2021-ci ildən "Sabah"da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest