"Qələbə ilə başlamaq həmişə vacibdi". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Braziliya mətbuatına açıqlamasında deyib.
 
25 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin I turunda "Molde" üzərində qələbəni (1:0) dəyərləndirib: "Bu qalibiyyətin gələcəkdə bizə köməyi dəyəcək. İşə düzgün addımlarla başladıq və qələbə  ilə mükafatlandırıldıq. Eyni ciddiliyi davam etdirməliyik".
 
Romao qrupun favoriti "Bayer"ə qarşı keçiriləcək matçlara da toxunub: "Bayer" nəhəng klubdu. Ancaq biz də onlara qarşı oyuna 3 xal üçün çıxacağıq, öz oyunumuzu göstərməyə çalışacağıq. Bunu bacaracaq səviyyədə komandamız var. Avropa Liqası xüsusi yarışdı. Hər bir oyunçu bu turnirdə meydanda olmaq istəyir".
 
Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 5-də İsveçdə "Haken"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest