Belçika Kral Futbol Federasiyası milli komandanın baş məşqçisi Rudi Qarsiya ilə əməkdaşlığa son qoyulduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər cari ilin iyul ayının sonunda müddəti başa çatacaq müqaviləni yeniləməmək qərarına gəliblər.

Rudi Qarsiya Belçika yığmasına 2025-ci ilin fevralında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" bütün turnirlərdə meydana çıxdıqları 20 matçda 12 qələbə qazanıb, 2 məğlubiyyət alıb və 6 dəfə heç-heçə ediblər.

Belçika millisi başa çatan dünya çempionatında mübarizəni 1/4 final mərhələsində dayandırıb. Onlar bu raundda turnirin qalibi olmuş İspaniya yığmasına məğlub olublar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest