Afrika Millətlər Kubokunun qarşıdakı iki turnir üçün ev sahibləri bəlli olub. Matc.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası 2025 və 2027-ci ildəki turnirin harada təşkil olunacağını açıqlayıb.
İki il sonrakı turnir Mərakeşə tapşırılıb. Qarşılaşmalar iyun-iyul aylarında olacaq. Halbuki daha əvvəl yarış qış aylarında keçirilirdi.
2027-ci ildəki Afrika Millətlər Kuboku isə Keniya, Tanzaniya və Uqandanın stadionlarında keçiriləcək.