Niderland çempionatının 6-cı turunda qalmaqal səbəbindən yarımçıq qalan oyununda "Feyenoord"un futbolçuları "Ayaks" üzərində böyük hesablı qələbə qazanıb.

Matc.az xəbər verir ki, Amsterdamda keçirilən oyun 55-ci dəqiqədə 3:0 hesabı ilə Rotterdam komandasının xeyrinə davam etsədə tribunada yaranan iğtişaşlara görə dayandırılmışdı. "Ayaks" azarkeşləri meydançaya pirotexniki vasitələr atdıqları üçün hakim komandaları meydandan kənarlaşdırıb. Qarşılaşma çərşənbə günü boş tribunalar önündə keçirilib. Görüş 4:0 hesabı ilə "Feyenoord"un xeyrinə başa çatıb. Santyaqo Ximenez het-trik edib, İqor Paixao isə daha bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest