Türkiyənin Antalya şəhərində kişi və qadınlar arasında cüdo üzrə Qran-pri tiurnirinə start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə Azərbaycanın 8 idmançısı tatami üzərinə çıxıb və onlardan yalnz biri medal qazana bilib. Zəriflərin yarışında Gültac Məmmədəliyeva bürünc medadala sahib çıxıb.

 

Antalya Qran-prisi

5 aprel

Kişilər

60 kq

Oruc Vəlizadə mübarizəyə 1/16 finaldan qoşulub. Bununla o, həm də tatami üzərində sonuncu dəfə çıxıb. çünki ilk görüşündə Yeldos Smetovla üz-üzə gələn təmsilçimiz qazaxıstanlı idmançıya yenilib.

Həmin çəkidə yarışan digər cüdoçumuz Orxan Səfərov komanda yoldaşı ilə müqayisədə turnirə uğurlu start götürüb. 1/16 finalda ilk duelinə çıxan Səfərov braziliyalı Erik Takabatakeyə qalib gəlib. Orxanın David Pulkrabekdən (çexiya) də güclü olub. O, 1/4 finalda Kemran Nurillayevə (özbəkistan) uduzaraq, təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səfərovun rəqibi Artyom Lesyuk olub. Ancaq ukraynalıya da yenilən cüdoçumuzın "bürünc" arzusu ürəyində qalıb.

 

66 kq

İbrahim Əliyev 1/32 finalda yarışa qoşulub. Lakin o, startdaca portuqaliyalı Joao Krisostomoya məğlub olub.

Əvəzində 1/16 finalda "siftə" edən Nicat Şıxəlizadə serbiyalı Strahinya Bunçiçi üstələyib. Ancaq idmançımızın gücü buna çatıb. Nicat 1/8 finalda Abdula Abdulxalilovla (Rusiya) bacarmayıb və o da turnirlə vidalaşıb.

 

Qadınlar

48 kq

Aişə Qurbanlı 1/16 finaldakı ilk rəqibi Nazlıcan Kılıca (Türkiyə) uduzaraq mübarizəni dayandırıb.

Ancaq Leyla Əliyeva qələbə ilə başlayıb. Onun 1/16 finaldakı qurbanı rumıniyalı Aleksandra Pop olub. Cüdoçumuz təəssüf ki, 1/8 finalda Katarina Ments (Almaniya) önündə özü eyni aqibətlə üsləşib və medalsız qalıb.

 

52 kq

Gültac Məmmədəliyeva ardıcıl Dilara Lokmanhekim (Türkiyə) və Estrella Lopes Şeriffə (İspaniya) qalib gələrək, 1/4 finala adlayıb. Gültacın yarımfinal yolunu monqolustanlı Urantsetseq Munxbat kəsib. Təsəlliverici görüşdə Lipinq Liu (çin) üzərində qələbə qazanan Məmmədəliyeva  bürünc medal uğrunda Braziliya idmançısı Sarah Menezeslə üz-üzə gəlib və qələbə sayəsində fəxri kürsüdə yer alıb.

 

57 kq

İçinxorlu Munxtsedev 1/16 finaldakı ilk görüşündəcə Kaya Kayzerə (Sloveniya) məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest